Ermənistanda ötən il yanmış “Surmalu” ticarət mərkəzinin direktoru həbs edilib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Xatırladaq ki, 2022-ci il avqustun 14-də İrəvanda yerləşən "Surmalu" ticarət mərkəzində baş verən partlayış zamanı 16 nəfər həlak olmuşdu.