Ermənistanda vətəndaş hökumət binasının qarşısında özünü yandırmağa cəhd edib.
APA xəbər verir ki, bu barədə Azadlıq Radiosu-nun erməni bürosu - "Azatutyun" xəbər yayıb.
"Azatutyun" şəxsin öz üzərinə yanacağı necə tökdüyünü və cibindən alışqanını necə çıxardığını lentə alıb, lakin polislər şəxsə mane olub və ərazidən uzaqlaşdırılıb.
Vətəndaş bildirib ki, o, Baş nazir Nikol Paşinyana verilməsi üçün hökumətə sənədlər gətirib.