Bank Of Baku

Ermənistandan Gürcüstana külli miqdarda qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb

Ermənistandan Gürcüstana külli miqdarda qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb
# 22 yanvar 2024 17:30 (UTC +04:00)

Gürcüstan gömrükçüləri Ermənistandan Gürcüstana külli miqdarda qızılın qanunsuz yollarla keçirilməsinin qarşısını alıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb. Bildirilib ki, qurumun əməkdaşları yaranmış şübhələr əsasında xarici ölkə vətəndaşının maşınına baxış keçiriblər. Bu zaman gömrük dəyəri 42 098,76 lari (26 960 lari) olan bəyan edilməmiş 417,17 qram qızıl zinət əşyaları aşkarlanıb.

İş üzrə materialların Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verildiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR