Bank Of Baku

Ermənistanın 500 yük maşını Rusiya-Gürcüstan sərhədində qalıb

Ermənistanın 500 yük maşını Rusiya-Gürcüstan sərhədində qalıb
# 21 dekabr 2021 17:16 (UTC +04:00)

Gürcüstan-Rusiya sərhədində yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsində Ermənistana məxsus 500-ə qədər yük maşını qalıb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, hər ötən gün ərazidə daha 10-15 yük maşını artır.

Ermənistanın Yuxarı Lars sərhəd-keçid məntəqəsindəki gömrük attaşesi Aram Tananyanın sözlərinə görə, Gürcüstan və Rusiya tərəfdən ümumilikdə, 2000-ə qədər yük maşını ərazidə toplanıb.

Yük maşınlarının hərəkətində problemin yaranması güclü qar və borana görə baş verib. Yolda hərəkətin yaxın 3-4 gün ərzində bərpasının mümkün olmayacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR