Bank Of Baku

Ermənistanın Abovyan şəhərində güclü partlayış baş verib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB-3

Ermənistanın Abovyan şəhərində güclü partlayış baş verib, xəsarət alanlar var  - FOTO  - VİDEO  - YENİLƏNİB-3
# 07 iyun 2024 03:29 (UTC +04:00)

Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda yanğın söndürülüb. Yanğınsöndürənlər yeni partlayışın qarşısını almaq məqsədilə ərazidə soyutma işləri aparır.


***
00:39

Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış və yanğın nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.



***
00:15
Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış və yanğın nəticəsində xəsarət alanlar var.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.

Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası fəaliyyət göstərir.

***
23:48
Ermənistanda İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib baş verib.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazıra əraziyə Daxili İşlər Nazirliyinin xilasediciləri cəlb olunur.

***
23:32

Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Təfərrüatlar hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR