Bank Of Baku

Ermənistanın Baş Qərargah rəisi ABŞ-ın Avropa Komandanlığının qərargahında görüş keçirib

Ermənistanın Baş Qərargah rəisi ABŞ-ın Avropa Komandanlığının qərargahında görüş keçirib
# 06 noyabr 2023 15:30 (UTC +04:00)

Ermənistan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan ABŞ-ın Avropa Komandanlığının Ştutqart şəhərindəki qərargahında Komandanlığın rəhbərinin müavini general-leytenant Stiven Başamla (Steven L. Basham) görüş keçirib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Görüş zamanı Ermənistan-ABŞ hərbi əməkdaşlığına dair məsələlər müzakirə olunub.

Başam ABŞ-ın cari əməkdaşlıq proqramlarını dəstəkləməyə davam etməyə, eləcə də müxtəlif sahələrdə yeni əməkdaşlıq istiqamətlərinə təşəbbüs göstərməyə hazır olduğunu bildirib.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR