Ermənistan Prezidenti Vaaqn Xaçatryan bir qrup zabitə general hərbi rütbəsi verib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Edvard Asryan general-leytenant rütbəsi alıb.
Xüsusi Korpusunun komandiri Armen Gözəlyan, mühəndis qoşunlarının rəisi Karen Qriqoryan, raket və artilleriya qoşunlarının rəisi Qor Nikoyan, 2-ci ordu korpusunun komandiri Qaregin Poqosyan isə general-mayor rütbəsi verilib.