Ermənistanın yeni ombudsmanı ölkənin əmək nazirinin müavini Tatevik Stepanyan ola bilər.
APA xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşr bildirib ki, 40 yaşlı namizəd 2020-ci ilə qədər geyim mağazalarından birində menecer işləyib. Həmçinin o müxtəlif kurslarda çalışıb və ictimai fəaliyyəti var.
Qeyd edək ki, Ermənistanın hazırkı ombudsmanı Kristine Qriqoryan vəzifəsindən getməsi ilə bağlı bu gün təkrarən parlamentə müraciət edib.