Bank Of Baku

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verilib

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verilib
# 16 fevral 2023 13:09 (UTC +04:00)

Ermənistanın keçmiş müdafiə naziri Viqen Sarkisyan axtarışa verilib.

APA News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

O, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Belə ki, ona qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə Sarkisyan hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib. Bununla bağlı məhkəmə sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsi ilə bağlı vəsatəti təmin etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR