Ermənistanın keçmiş müdafiə nazirinin cinayət işi məhkəməyə göndərilib

Ermənistanın keçmiş müdafiə nazirinin cinayət işi məhkəməyə göndərilib
# 29 noyabr 2023 18:20 (UTC +04:00)

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı cinayət işi çərçivəsində ittiham aktı təsdiq edilib.

APA Ermənistan Prokurorluğuna istinadən xəbər verir ki, iş materialları ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib.

Eyni zamanda, prokuror axtarışda olan Vigen Sarkisyana qarşı qiyabi məhkəmə prosesinin keçirilməsi barədə məhkəməyə vəsatət təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR