Bank Of Baku

Ermənistanın müdafiə naziri Hindistana gedib

Suren Papikyan

© APA | Suren Papikyan

# 18 oktyabr 2022 09:14 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Hindistana işgüzar səfərə yola düşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Hindistan Ermənistanla çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair müqavilə imzalayıb. Müqavilələrin ümumi məbləği tam olaraq açıqlanmasa da, yaxın aylarda Hindistan Ermənistana təqribən 245 milyon ABŞ dolları məbləğində silah göndərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR