Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın xəbərinə görə, bu barədə məlumat Belarus Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilib.
Bildirilib ki, diplomatik nümayəndəyə bu ölkənin İrəvandakı Səfirliyinin binasına qarşı törədilmiş vandalizm aktı, eləcə də ölkənin hüquq-mühafizə orqanlarının bu hadisənin qarşısını almaq üçün tədbirlər görmədiyi barədə məlumat verilib
Ermənistanın müvəqqəti işlər vəkilinin diqqətinə həm səfirlik binasının, həm də onun əməkdaşlarının təhlükəsizliyinin Vyana Konvensiyasının tələblərinə əsasən qorunmalı olduğu çatdırılıb.
Belarusun Xarici İşlər Nazirliyindən o da bildirilib ki, rəsmi Minsk bu hadisəni törədənlərin cəzalandırılacağına və ziyanın ödəniləcəyinə əmindir.