Bank Of Baku

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
# 26 oktyabr 2023 17:50 (UTC +04:00)

Oktyabrın 25-də Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiyanın Ermənistandakı səfirinin Ermənistan XİN-ə çağırılması ilə bağlı sualı cavablandıran Zaxarova öz növbəsində Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkilinin Rusiya XİN-ə çağırıldığını söyləyib.

O qeyd edib ki, Rusiya rəhbərliyi, diplomatları, sülhməramlıların - hansılar ki, erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atırlar və hətta qurban verirlər - ünvanına “odioz” nəşrlərin yayımladıqları erməni diplomatın diqqətinə çatdırılıb.

Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən hakimiyyətin nəzarətində olan İctimai televiziyada, teleqram kanallarında aparılan anti-Rusiya kampaniyasının qəbul edilməzliyi müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

“Əminəm ki, Ermənistan tərəfi söhbətin nədən getdiyini anlayır”, -Rusiya XİN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR