Ermənistanın sabiq Baş naziri Ovik Abramyana qarşı bir sıra ittihamlar irəli sürülüb.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunur.
İstintaqın qənaətinə görə, Abramyan qum mədən şirkətinin idarə heyətində yer alıb və cinayət yolu ilə əldə etdiyi əmlakı bu ad altında leqallaşdırıb.
Həmçinin əlavə olunub ki, söhbət cinayət yolu ilə əldə olunmuş təxminən 600 min dolların leqallaşdırılmasından gedir.