Ermənistan İstintaq Komitəsinin sabiq sədri və sabiq Baş prokuror Aqvan Ovsepyan mart hadisələrinə görə dindirilib.
APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın baş prokuroru Artur Davtyan bildirib.
Qeyd edək ki, ittihamlara görə, 2008-ci ilin mart ayının 1-də Yerevanda aksiyaçılara qarşı zor tətbiq edilməsi barədə qərarı sabiq prezident Serj Sarkisyanla A. Ovsepyan verib.