Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb

Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb
# 11 oktyabr 2024 10:49 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyan Baş Prokurorluğa çağırılıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, sabiq Baş Qərargah rəisi qanunsuz əmlakla bağlı oktyabrın 18-də Baş Prokurorluqda olmalıdır.

Qeyd edək ki, Davtyan iki dəfə — 2018-2020-ci illərdə, eləcə də 2021-2022-ci illərdə Baş Qərargah rəisi vəzifəsində çalışıb. O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR