Bank Of Baku

Ermənistanın sabiq müdafiə naziri həbsdə saxlanılacaq

Ermənistanın sabiq müdafiə naziri həbsdə saxlanılacaq
# 30 avqust 2023 11:39 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə saxlanılacaq.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəmə Şurasının mətbuat katibi Lilit Şaboyan məlumat verib.

Şaboyanın sözlərinə görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Tonoyanın vəkilinin vəsatətini təmin etməyib.

Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketləri almaqda və silah almağa ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunur.

Sabiq müdafiə naziri 2021-ci ilin sentyabrından həbsdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR