Bank Of Baku

Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Armen Qriqoryan

© APA | Armen Qriqoryan

# 05 dekabr 2023 10:37 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin müavini Laura Kuperlə görüşüb.

APA xəbər verir ki, bu barədə Armen Qriqoryanın "Faceboook" hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Biz regionumuzda sabitliyinin təmin edilməsinin zəruriliyini vurğuladıq. İkitərəfli birgə proqramların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq, sülhməramlı fəaliyyət çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini vurğuladıq", - o qeyd edib.

Görüş Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfəri çərçivəsində baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR