Ermənistanla Səudiyyə Ərəbistanı arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalanıb.
APA xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-da BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud “Ermənistan Respublikası Xarici İşlər Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında” Anlaşma Memorandumu imzalayıblar.