Bank Of Baku

"Exxon Mobil" Rusiyanı tamamilə tərk edib

"Exxon Mobil" Rusiyanı tamamilə tərk edib
# 18 oktyabr 2022 05:58 (UTC +04:00)

Amerikanın "Exxon Mobil" şirkəti "Saxalin-1" PBS layihəsinin yeni operatorunun yaradılmasından sonra Rusiyanı tamamilə tərk edib.

APA xəbər verir ki, bu barədə “İnterfaks”a şirkətin mətbuat xidmətindən bildiriblər.

“Biz ekspropriasiyadan sonra Rusiyanı tərk etdik. Bizim prioritetimiz həmişə “Saxalin-1”də işçiləri, ətraf mühiti və əməliyyatların bütövlüyünü qoruyan məsuliyyətli operator olmaq olub. İki fərmanla Rusiya hökuməti birtərəfli qaydada “Saxalin-1”dəki maraqlarımızı dayandırdı və layihə Rusiya operatoruna verildi”, - deyə mətbuat xidmətindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR