Bank Of Baku

“Facebook” Roqozinin hesabına məhdudiyyət tətbiq edib 

Dmitri Roqozin

© APA | Dmitri Roqozin

# 28 fevral 2022 02:12 (UTC +04:00)

“Facebook” “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozinin hesabına məhdudiyyət tətbiq edib. APA -nın Moskva müxbirinin məlumatına görə, bu barədə Roqozin “Telegram” kanalında bildirib.

O, öz “Telegram” kanalında “Facebook”-dakı bildirişin - "Hesabınıza bir sıra məhdudiyyətlər qoyulub"- skrinşotunu əlavə edərək yazıb: "Facebookun söz azadlığı. Qorxurlar. Bu yaxşıdır".

Bundan əvvəl “Facebook” Rusiyanın dövlət KİV-lərinin səhifələrini məhdudlaşdırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR