Bank Of Baku

"Facebook" Rusiyada bloklanıb

"Facebook" Rusiyada bloklanıb
# 04 mart 2022 22:27 (UTC +04:00)

Roskomnadzor Rusiya mediasına girişin məhdudlaşdırılmasına cavab olaraq “Facebook”u Rusiyada bloklamaq qərarına gəlib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Roskomnadzorun saytında xəbər yayılıb.

Məlumata görə, 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

“Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”, - deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR