Bank Of Baku

Federal Xidmət: Rusiyada indi “donuz qripi” virusu üstünlük təşkil edir

Federal Xidmət: Rusiyada indi “donuz qripi” virusu üstünlük təşkil edir
# 14 dekabr 2022 17:25 (UTC +04:00)

Rusiyada ilk dəfə 2009-cu ildə aşkarlanan “donuz qripi” virusu indi üstünlük təşkil edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, “donuz qripi” virusu 2009-cu ildə olduğu kimi dərmanlara qarşı həssasdır. Popova qeyd edib ki, Rusiyada “donuz qripi” ilə bağlı vəziyyət tənzimlənir

"Rospotrebnadzor"un rəhbəri ölkədə koronavirusla bağlı vəziyyətdən də danışıb. Bildirib ki, ölkə koronavirusa yoluxma hallarına görə dünyada 106-cı yerdədir: "Rusiyada hazırda gündə 250-300 min koronavirus testi aparılır və bu kifayətdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR