Bank Of Baku

Federasiya Şurası 4 regionda hərbi vəziyyətlə bağlı Putinin fərmanını təsdiqləyib

Federasiya Şurası 4 regionda hərbi vəziyyətlə bağlı Putinin fərmanını təsdiqləyib
# 19 oktyabr 2022 18:31 (UTC +04:00)

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarında hərbi vəziyyətin elan olunması ilə bağlı Rusiya Prezidenti Vladimir Putininin fərmanını təsdiqləyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu gün Federasiya Şurasının plenar iclasında prezident fərmanına baxılıb və sənəd səsverməyə qoyulub.

Senatorlar yuxarıda qeyd olunan regionlarda hərbi vəziyyətin elan olunması haqqında prezident fərmanını təsdiqləyiblər.

Qeyd edək ki, bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının müşavirəsi keçirilib. Müşavirədə Prezident Vladimir Putin Ukraynanın Rusiyaya "birləşdirilən" regionlarında hərbi vəziyyətin tətbiq olunması barədə müvafiq fərmanı imzaladığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR