Bank Of Baku

Federasiya Şurası da Rusiyanın START müqaviləsində iştirakını dayandırması barədə qanunu təsdiqləyib

Federasiya Şurası da Rusiyanın START müqaviləsində iştirakını dayandırması barədə qanunu təsdiqləyib
# 22 fevral 2023 16:48 (UTC +04:00)

Federasiya Şurası Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakının dayandırılması haqqında qanunu təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən parlamentin aşağı palatasına təqdim olunan müvafiq qanun layihəsi Federasiya Şurasının bu gün keçirilən iclasında baxılıb və qanun təsdiq olunub.

Qanun layihəsi daha sonra imzalanmaq üçün Rusiya prezidentinə göndəriləcək.

Qeyd edək ki, dünən Putin Federal Məclisə müraciətində Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırdığını açıqlayıb. O, ölkəsinin bu müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR