Finlandiya ölkəyə daxil olmağı planlaşdıran Rusiya vətəndaşlarına qarşı daha sərt tədbirlər tətbiq edir.
APA-nın yerli KİV-ə istinadən verdiyi məlumata görə, Finlandiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bazar ertəsi gecə yarısından etibarən rusiyalı iş adamları, ərizəçilər və mülk sahibləri üçün giriş sərtləşdiriləcək. Bu məhdudiyyətlər müddəti növbəti bildirişə qədər qüvvədə qalacaq.