Fransa və Ermənistan müdafiə nazirləri Parisdə görüşüb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Suren Papikyan və Sebastyan Lekornü arasındakı görüş zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənlər müzakirə edilib.
Lekornü mövcud vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyətinin göndəriləcəyini vurğulayıb.