Bank Of Baku

Fransa Rusiyanın "İl-76 təyyarəsi" ilə bağlı BMT TŞ iclasının keçirilməsi tələbini rədd edib - YENİLƏNİB

Fransa Rusiyanın "İl-76 təyyarəsi" ilə bağlı BMT TŞ iclasının keçirilməsi tələbini rədd edib - YENİLƏNİB
# 24 yanvar 2024 23:15 (UTC +04:00)

Fransa Rusiyanın "İl-76" təyyarəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələbini rədd edib.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

***

Saat 21:08

Rusiya Belqorod vilayətində "İl-76" təyyarəsinin raketlə vurulması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsi razılaşdırılsa da, Kiyev "İl-76" təyyarəsini vurdu.

Lavrov qeyd edib ki, Kiyevin "İl-76"ya hücumu onun Belqorodda terror metodlarından istifadə etməsi deməkdir.

"Rusiya ümid edir ki, Fransa "İL-76" ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq", - deyə Rusiya XİN başçısı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR