Fransada son günlər hökm sürən istilər üzündən qırmızı zona elan edilmiş bölgələrin sayı 4-dən 19-a yüksəlib.
APA “Anadolu”ya istinadən xəbər verir ki, proqnozlara görə, avqustun 24-də havanın temperaturunun yüksəlməsi ilə əlaqədar ölkənin cənub-qərbində daha bir neçə rayon qırmızı zona siyahısına salına bilər.
Məlumatda qeyd edilib ki, son zamanlar ölkədə müşahidə olunan yüksək temperaturla əlaqədar 50 rayon narıncı zona elan edilib. Fransa Meteorologiya İdarəsi həmin ərazilərdə yanğın təhlükəsi barədə xəbərdarlıq edib.