Bank Of Baku

Fransanın Moskvadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib

Fransanın Moskvadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib
# 12 dekabr 2022 19:11 (UTC +04:00)

Fransanın Moskvadakı səfirliyi Krımdan içərisində ölü siçan və hörümçək olan qeyri-adi bağlama alıb.

APA-nın Moskva müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, hazırda polis hadisəni araşdırır.

Bildirilib ki, hadisə ötən həftə baş versə də, indi məlum olub. Fransanın Moskvadakı səfirliyinin nümayəndəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

"Səfirliyə qeyri-adi bağlama gəlib. İçərisində ölü siçan və ölü hörümçək olub. Göndərən Krımdan olan Notarianni adlı şəxs olub", - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR