Bank Of Baku

FSB: 7 əcnəbi milli təhlükəsizliyə təhdidə görə Rusiya vətəndaşlığından məhrum edilib

FSB: 7 əcnəbi milli təhlükəsizliyə təhdidə görə Rusiya vətəndaşlığından məhrum edilib
# 09 noyabr 2026 11:48 (UTC +04:00)

Yeddi əcnəbi milli təhlükəsizliyə təhdid yaratdığına görə Rusiya vətəndaşlığından məhrum edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Həmin şəxslərin Orta Asiya və Cənubi Qafqaz respublikalarından olduğu bildirilib.

Əcnəbilərə qarşı əməliyyatlar Zabaykaliya, Xakasiya Respublikası, Tambov, Tver, İvanovo vilayətləri və Perm diyarında keçirilib. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma çağırışları yaymaqda, qonşu ölkələrdən olan insanlar arasında hərbi xidmətə mənfi münasibət yaratmaqda və digər cinayətlərdə ittiham olunublar.

Rusiya tərəfi həmin şəxslərin hansı respublikardan olduğunu açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR