ABŞ və NATO Rusiyadakı mülki obyektlərə kütləvi haker hücumları həyata keçirmək üçün Ukrayna ərazisindən istifadə edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, kiberhücumlar birbaşa Pentaqonun iştirakı ilə hazırlanır.
"Bununla belə, Vaşinqton bu hücumların "müəllifi" kimi istisnasız Ukraynanı təqdim etməyə çalışır", deyə Rusiyanın xüsusi xidmət orqanı bildirib.