Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikin Vaqner özəl hərbi şirkətinin döyüşçülərinə müraciət edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Surovikin videomüraciətdə Vaqner döyüşçülərini kolonların hərəkətini dayandırmağa və silahlarını yerə qoymağa və daimi dislokasiya yerlərinə qayıtmağa çağırıb.
O vaqnerçilərə yalnız Ali Baş Komandanın əmrlərinə ciddi əməl etməyə çağırış edib.