Bank Of Baku

"Google" Rusiya Federasiya Şurasının “Youtube”dakı hesablarını bloklayıb

"Google" Rusiya Federasiya Şurasının “Youtube”dakı hesablarını bloklayıb
# 18 oktyabr 2022 11:58 (UTC +04:00)

"Google" Rusiya Federasiya Şurasının “Youtube” videohostinqindəki hesablarını bloklayıb.

APA-nın Moskva müxbiri Federasiya Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bloklanan kanalların 200 mindən çox abunəçisi və 20 min videosu var.

“Federasiya Şurasının və “Vmeste-RF” telekanalının “Youtube” videohostinqindəki hesabları bloklanıb, bütün məlumatlar bərpası mümkün olmadan silinib", - deyə Federasiya Şurasından bildirilib.

"Google"dan Federasiya Şurasının hesabının şirkətin ixrac məhdudiyyətləri və sanksiyalar siyasətinə uyğun olaraq bloklandığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR