Bank Of Baku

Güclü qar səbəbindən Moskva aeroportlarında reyslər təxirə salınıb

Güclü qar səbəbindən Moskva aeroportlarında reyslər təxirə salınıb
# 24 noyabr 2023 11:17 (UTC +04:00)

Moskva aeroportlarında 50-yə yaxın reys təxirə salınıb və gecikmələrlə yerinə yetirilib.

APA-nın Moskva müxbir xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti və noyabrın 23-dən başlayaraq fasiləsiz yağan qar olub.

Belə ki, Rusiya paytaxtının Vnukovo hava limanında 10 reys gecikmə ilə yerinə yetirilib, 4 reys təxirə salınıb, Domodedovo hava limanında müvafiq olaraq 14 və 5 reys, Şeremetyevo hava limanında 14 reys gecikmə ilə yerinə yetirilib, 1 reys isə təxirə salınıb.

Qeyd edək ki, ötən sutka ərzində Moskvaya aylıq normanın 40 faizi qədər yağıntı düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR