Gürcüstan Cənubi Osetiyadakı referenduma mənfi münasibəti barədə Moskvanı məlumatlandırıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze açıqlama verib.
Xatırladaq ki, qondarma Cənubi Osetiya respublikası Rusiyaya birləşməklə bağlı iyulun 17-də referendum keçirəcəyini açıqlayıb.