Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin bugünkü plenar iclasında keçirilən səsvermə zamanı hakim "Gürcü Arzusu" Partiyasından olan deputat Qriqol Liluaşvili DTX-nın yeni rəhbəri təyin edilib. Gizli səsvermədə millət vəkillərinin 85-i təyinatın lehinə, 8-i isə əleyhinə səs verib.
Müxalif "Avropalı Gürcüstan" və "Vahid Milli Hərəkat" partiyaları təyinata etiraz ediblər.
G.Liluaşvili bu vəzifəyə 6 il müddətinə təyin edilib.