Gürcüstan Müdafiə Qüvvələrinin artilleriya bölmələrinin döyüş atışlı hərbi təlimləri keçirilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Vaziani təlim bazasında keçirilən 3 həftəlik təlimi 5-ci Artilleriya Briqadasının 52-cü Artilleriya Batalyonu canlı atəşlə başa vurub.
Təlimin məqsədinin baş qərargahların, atəş bölmələrinin, hava hücumundan müdafiə bölmələrinin birgə əməliyyat qabiliyyətini və praktiki bacarıqlarını inkişaf etdirmək olduğu qeyd olunub.