Bank Of Baku

Gürcüstanda Azərbaycan vətəndaşı fəhlə işlədiyi binadan yıxılıb

Gürcüstanda Azərbaycan vətəndaşı fəhlə işlədiyi binadan yıxılıb
# 28 oktyabr 2019 14:25 (UTC +04:00)

Gürcüstanda fəhlə işləyən Azərbaycan vətəndaşı tikinti obyektinin 4-cü mərtəbəsindən yıxılıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə ötən gün Kutaisi rayonunun Nikea küçəsində yerləşən tikinti obyektində baş verib. Yıxılan şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırıldığı və təcili əməliyyat edildiyi bildirilib. Faktla bağlı açıqlama verən tikinti şirkətinin əmək təhlükəsizliyi üzrə meneceri Tsotne Barbakadze bildirib ki, yaralının vəziyyəti stabildir. Onun sözlərinə görə, hadisə ehtiyaytsızlıq ucbatından baş verib. T.Barbakadze deyib ki, yıxılan şəxs ona tapşırılmayan işi görüb və bu vaxt təhlükəsilzik kəmərindən istifadə etməyib.

Yaralanmış şəxsin tikinti şirkətində cəmi bir həftədir çalışdığı bildirilib.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR