Bank Of Baku

Gürcüstanda əcnəbilərin “yaşıl status” alması üçün qaydalar sadələşdirilib

Gürcüstanda əcnəbilərin “yaşıl status” alması üçün qaydalar sadələşdirilib
# 09 dekabr 2021 11:07 (UTC +04:00)

Gürcüstana daxil olan xarici ölkə vətəndaşlarının “yaşıl status”unun təsdiqlənməsi üçün öz ölkələrində aldıqları müvafiq sənəd kifayət edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili imzaladığı qərara əsasən Gürcüstana daxil olan xarici ölkə vətəndaşlarının öz ölkələrində əldə etdikləri tam vaksinasiya haqqında sənəd və ya mənfi cavablı PZR testi nəticəsini təqdim etməsi “yaşıl status” əldə edilməsi üçün kifayət edəcək.

Yeni qərar bu gündən qüvvəyə minib.

Xatırladaq ki, dekabrın 1-dən Gürcüstanda “yaşıl pasport” qaydasının tətbiqinə başlanılıb.

Həmin tarixdən etibarən ölkə ərazisində ictimai nəqliyyat, ərzaq mağazaları və apteklər istisna olmaqla qapalı ictimai məkanlara yalnız “yaşıl status”a malik şəxslərin daxil olmasına icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR