Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 454 yoluxma halı qeydə alınıb, 49 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 882 822, ölənlərin sayı isə 12 631 nəfərə çatıb. Virusa yoluxanlardan 825 442 nəfərin sağaldığı bildirilib.