Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 6 847 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 612 319, ölənlərin sayı isə 16 199 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 513 164 nəfərin sağaldığı bildirilib.