Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 25 161 yoluxma halı qeydə alınıb, 51 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 375 615, ölənlərin sayı isə 15 351 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 141 231 nəfərin sağaldığı bildirilib.