Gürcüstandan Rusiyaya gedən yeganə quru yolu növbəti dəfə yük maşınları üçün bağlanıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Bildirilib ki, qar və şaxtalı hava səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars avtomobil yolunun Qudauri-Kobi seksiyasında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Digər növ nəqliyyat vasitələrinin hərəkətinə icazə verildiyi bildirilir.
Qeyd edək ki, sözügedən yol eyni zamanda Ermənistandan Rusiyaya yeganə quru yoludur.