Bank Of Baku

Gürcüstanın Borjomi bələdiyyəsində meşə yanğınının miqyası genişlənib

Gürcüstanın Borjomi bələdiyyəsində meşə yanğınının miqyası genişlənib
# 22 avqust 2022 10:19 (UTC +04:00)

Gürcüstanın Borjomi bələdiyyəsində baş verən meşə yanğınının miqyası genişlənib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, iki gün öncə başlayan yanğın gecə boyunca da davam edib.

Gürcüstan Fövqəladə Hallar Xidmətinin məlumatına görə, yanğının söndürülməsi prosesinə 4 helikopter, 50 yanğınsöndürən maşın, 300-ə yaxın yanğınsöndürən və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Şöbəsinin 300-dək əməkdaşı cəlb olunub.

Hökumətin dəyən zərərin miqyasını müəyyənləşdirdiyi qeyd olunub.

Yanğın baş verən ərazinin dronlarla monitorinqinin aparıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR