Bank Of Baku

Gürcüstanın Çiatura şəhərində mədənçilər etiraz aksiyasına başlayıblar

Gürcüstanın Çiatura şəhərində mədənçilər etiraz aksiyasına başlayıblar
# 12 iyun 2023 14:00 (UTC +04:00)

Gürcüstanın İmereti regionunun Çiatura şəhərində mədənçilər etiraz aksiyasına başlayıblar.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, maaş artımı və iş şəraitinin və təhlükəsizliyin yaxşılaşdırılmasını tələb edən mədənçilər şəhər meriyasının qarşısına toplanıblar. Aksiyaçılar iş üçün lazım olan avadanlıqların olmadığını bildirirlər. Aksiyaya təxminən 3000 aksiyaçının qoşulduğu qeyd olunub.

Etiraz səbəbilə bölgədəki mədənlərin fəaliyyətlərini dayandırdığı bildirilir.

Qeyd edək ki, Çiaturada Gürcüstanın ən böyük manqan mədənləri fəaliyyət göstərir. Bölgədə, eyni zamanda dünyanın ən böyük manqan rezervlərinin yerləşdiyi təxmin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR