Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, danışıqların təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Fidan BRİCS ölkələri xarici işlər nazirləri Şurasının Nijni Novqorodda keçirilən iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib.