Bank Of Baku

Hakerlər Rusiyanın məşhur qəhvəxana şəbəkəsinə Ukrayna himnini daxil ediblər

Hakerlər Rusiyanın məşhur qəhvəxana şəbəkəsinə Ukrayna himnini daxil ediblər
# 28 avqust 2023 08:43 (UTC +04:00)

Rusiyanın “Pravda Coffee” şəbəkəsinin İT infrastrukturu haker hücumuna məruz qalıb və Ukrayna himni səsləndirilib.

APA-nın məlumatına görə, bu barədə “Vedomosti” mənbəyə istinadən yazır.

Hücum avqustun 24-də baş verib və eyni anda bir neçə nöqtədən başlayıb. Mənbə izah edib ki, şirkətlərdəki Wi-Fi marşrutlaşdırıcıları müəssisənin daxili şəbəkəsinin bir hissəsidir və bütün qurğuların və komponentlərin işini təmin edir: kassa aparatlarından tutmuş təhlükəsizlik sistemlərinə qədər. O qeyd edib ki, avadanlıq və məlumat bazalarına haker hücumlarının səbəbi informasiya təhlükəsizliyi tələblərinin pozulması ola bilər.

Faktı “Pravda Coffee” şirkətinin nümayəndəsi hadisənin təfərrüatlarını açıqlamadan təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR