HAMAS-ın nümayəndə heyəti Moskvaya səfər edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə RİA Novosti mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayəndə heyətinə HAMAS Siyasi Bürosunun üzvü Əbu Mərzuk başçılıq edir. HAMAS nümayəndələrinin Moskvada kiminlə görüşəcəyi dəqiqləşdirilməyib.
Səfər rəsmi olaraq açıqlanmayıb.