Bank Of Baku

HAMAS nümayəndələri Moskvada Lavrovun müavini ilə görüşüb

HAMAS nümayəndələri Moskvada Lavrovun müavini ilə görüşüb
# 26 oktyabr 2023 18:44 (UTC +04:00)

HAMAS-ın nümayəndə heyəti Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş zamanı Qəzza bölgəsindəki vəziyyət müzakirə olunub.

Görüşdə HAMAS-ın nümayəndə heyəti Rusiya Prezidentinin mövqeyini və Rusiya diplomatiyasının səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, HAMAS-ın nümayəndə heyəti bu gün Rusiya paytaxtına səfər edib. Nümayəndə heyətinə HAMAS Siyasi Bürosunun üzvü Əbu Mərzuk başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR